“Mançester Yunayted”in səhmlərinin 5 faizi satışa çıxarılıb

“Mançester Yunayted”in səhmlərinin 5 faizi satışa çıxarılıb
# 12 mart 2021 14:36 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu sahiblərindən olan Avraam Qleyzer səhmlərini satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, funksioner bu satışdan 100 milyon dollar qazanmağı planlaşdırır.

Sahibkar bunun üçün klubun səhmlərinin cəmi 5 faizini satmaq niyyətindədir. Qleyzerlər ailəsi Premyer Liqa təmsilçisinin səhmlərinin 78 faizinin sahibidir.

Qeyd edək ki, Mançester təmsilçisi Premyer Liqanın 28 turundan sonra 2-ci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR