“Marsel” argentinalı məşqçiyə tapşırılıb

“Marsel” argentinalı məşqçiyə tapşırılıb
# 17 fevral 2021 17:22 (UTC +04:00)

Fransanın “Marsel” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisini Xorxe Sampaoli çalışdıracaq.

60 yaşlı mütəxəssisin yeni klubunda debütü bu həftə keçiriləcək “Nant”la görüşə təsadüf edəcək. O, Andre Villaş-Boaşın istefasından sonra boş qalan posta yiyələnib.

Son klubu İspaniya təmsilçisi “Atletiko Mineyro” olan argentinalı mütəxəssis karyerası ərzində İspaniyada “Sevilya”, Braziliyada “Santos”, Ekvadorda “Emelek”, həmçinin Argentina və Çili yığmalarına rəhbərlik edib.

Qeyd edək ki, “Marsel” 34 xalla Liqa1-in turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR