Messi: “Maradona kimi dəfn edilmək istərdim”

Messi: “Maradona kimi dəfn edilmək istərdim”
  • Clock-gray 10:30
  • calendar-gray 28 Dekabr 2020

“Evdə olanda atam mənə Maradonanın öldüyünü dedi, sonra xəbərləri televiziyada izlədim”.

Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin kapitanı Lionel Messi həmyerlisi Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.

İspaniyanın “Barselona” klubunun lideri əfsanəvi Maradonanın vəfat etməsinə hələ də inanmadığını söyləyib: “Maradona kimi dəfn edilmək istərdim. Amma ölümüm barədə düşünmürəm, düşünmək də istəmirəm. Mən də daxil olmaqla, heç kim baş verənlərə inana bilmirdi”.

33 yaşlı superulduz Maradonanın vəfat etməsindən dörd gün sonra La Liqada “Osasuna” ilə matçda qol vuracağını öncədən bildiyini də əlavə edib: “Həmin vaxt qolsuz seriyam var idi. “Osasuna”ya qol vuracağıma əmin idim, çünki bunu hiss edirdim”.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürək tutmasından vəfat edib.

ApaSport

Digər xəbərlər