Miralem Pyaniç “Barselona” ilə anlaşıb

Miralem Pyaniç “Barselona” ilə anlaşıb
# 08 may 2020 16:09 (UTC +04:00)

“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç İspaniyaya köçməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı orta sahə oyunçusu “Barselona” ilə anlaşıb.

La Liqa təmsilçisi Bosniya və Herseqovina millisinin üzvü ilə hərtərəfli razılıq əldə edib. Pyaniç artıq klubların anlaşmasını gözləyir. Bu keçid qarşılığında “Barsa”nın bir oyunçusu qarşı tərəfə yollanacaq. “Yuventus” braziliyalı Artur Melonu istəsə də, nə oyunçu ayrılmaq arzusundadır, nə də klubu göndərmək fikrindədir. Pyaniçin müqabilində İtaliyaya köçməyə namizədlər İvan Rakitiç, Arturo Vidal və Nelson Semedodur.

Qeyd edək ki, Miralem Pyaniç 2016-cı ildən “Yuventus”da çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR