"Neftçi" və "Keşlə" qələbə qazanıb, "Zirə" yenə darmadağın olub

"Neftçi" və "Keşlə" qələbə qazanıb, "Zirə" yenə darmadağın olub
# 22 fevral 2020 18:48 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun ilk oyunu Qəbələdə keçirilib. Eyniadlı komanda öz meydanında “Neftçi”ni qəbul edib. Autsayder uğursuzluq zolağından doğma azarkeşləri önündə çıxmağa çalışsa da, güclü rəqibi önündə bunu bacarmayıb. Erkən qollar qarşılaşmada həlledici olub. İlk 15 dəqiqədə rəqibi iki dəfə məyus edən "Neftçi" Qəbələ səfərindən 3 xalla qayıtmağa nail olub. Bu qalibiyyət sayəsində Bakı klubu ikinci pillədəki mövqeyini möhkəmlədib.

Avrokuboklara vəsiqələrə iddialılar “Keşlə” və “Zirə” paytaxt derbisində görüşüb. Son turlarda ardıcıl məğlubiyyətlər alan Bakı təmsilçilərinin duelində "Keşlə" uğursuz seriyaya son qoymağı bacarıb. Tərlan Əhmədovun yetirmələri hər hissədə rəqibin qapısından 2 cavabsız top keçirərək, asan qələbə qazanıblar. "Zirə" isə ardıcıl 3-cü məğlubiyyətini alıb. Zaur Həşimovun kollektivi ötən turda "Qarabağ"la matçda olduğu kimi, yenə darmadağına üzülüb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. “Sabah” “Səbail”i, “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XVIII tur
22 fevral (şənbə)

15:00. “Qəbələ” – “Neftçi” - 0:2
Qollar:
Anton Krivotsyuk, 8; Baqali Dabo, 14
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
“Qəbələ”: 94. Tərlan Əhmədli, 8. Qismət Alıyev (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 12. Abdelrafik Jerar, 2. Amin Seydiyev, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 7. Roman Hüseynov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 19. Rövlan Muradov
Baş məşqçi: Azər Bağırov

“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov
Qəbələ şəhər stadionu

17:00. “Keşlə” – “Zirə” - 4:0
Qollar:
Şahrux Qadoyev, 20, 71; Vüsal İsgəndərli, 45; Pərviz Azadov, 89
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Rəşad Əhmədov

“Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao, 30. Şahrux Qadoyev, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 5. Franko Flores, 9. Lorenzo Frutos, 90. Orxan Fərəcov, 88. Seymur Əsədov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

“Zirə”: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake (k), 48. Şafik Tiqrudja, 43. Riçard Qadze, 3. Ali Sisey, 11. Davit Volkov, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 25. Miloş Bakraç, 18. George Anton, 20. Əli Şirinov, 55. Rauf Hüseynli
Baş məşqçi: Zaur Həşimov
“ASK Arena”

1

Qarabağ

17

11

5

1

31-7

38

2

Neftçi

18

9

6

3

28-13

33

3

Keşlə

18

8

5

5

25-17

29

4

Sumqayıt

17

6

4

7

22-24

22

5

Zirə

18

5

5

8

21-34

20

6

Sabah

17

5

4

8

19-23

19

7

Səbail

17

5

3

9

14-26

18

8

Qəbələ

18

3

4

11

18-34

13

Bombardirlər: Stiven Jozef-Monroz ("Neftçi") - 7 qol; Lorenzo Frutos ("Keşlə"), Peyman Babayi ("Sumqayıt"), Mahir Emreli ("Qarabağ"), Baqali Dabo ("Neftçi") - 6 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR