“Neftçi” yeni hücumçu ilə anlaşıb

“Neftçi” yeni hücumçu ilə anlaşıb
# 09 fevral 2021 23:44 (UTC +04:00)

Bakının “Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsi ilə məlumat yayıb.

Paytaxt təmsilçisi Bolqarıstan MOİK-indən Ahmed Ahmedovu heyətinə qatıb.

Bakılılar bolqarıstanlı hücumçunu mövsümün sonunadək icarəyə götürüb. O, karyerası ərzində “Çernomorest” Burqas (2013-14), “Neftoximik” (2014-15), “Pomorye” (2015-18), “Dunav” (2018-19) və MOİK-də (2019-21) çıxış edib.

Qeyd edək ki, Ahmedov 2015-ci ildə Bolqarıstanın gənclər yığmasına çağırılan forvard debüt edə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR