Neymar üç həftə oynaya bilməyəcək

Neymar üç həftə oynaya bilməyəcək
  • Clock-gray 22:50
  • calendar-gray 29 Oktyabr 2020

Braziliya millisinin və Fransa PSJ-sinin futbolçusu Neymarın durumuna aydınlıq gəlib.
 
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II turunun “Başakşəhər”lə Türkiyədəki matçında (2:0) zədələnən hücumçu bu gün müayinədən keçib.
 
Onun əzələsindən xəsarət aldığı aşkarlanıb. Neymar ən azı üç həftəlik yaşıl meydanlardan kənar qalacaq.
 
O, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra klubun hazırlıqlarına qatıla biləcək. Neymar Çempionlar Liqasının “Leypsiq”, Liqa1-in “Nant” və “Renn”lə görüşlərini buraxacaq.
 
Qeyd edək ki, Neymar İstanbuldakı matçın 26-cı dəqiqəsində əvəzlənib.

ApaSport

Digər xəbərlər