"Olimpiakos"un sahibi koronavirusa qalib gəlib

"Olimpiakos"un sahibi koronavirusa qalib gəlib
  • Clock-gray 00:00
  • calendar-gray 25 Mart 2020

"Olimpiakos" və "Nottingem Forest"in sahibi Evangelos Marinakis koronavirus pandemiyasına qalib gəlib.

Apasport.az saytının məlumatına görə, yunanıstanlı futbol funksioneri artıq tamam sağalıb.

O, tibbi testdən sonra nəticənin mənfi çıxdığını açıqlayıb: "İki həftəlik müalicədən sonra həkimlərin göstərişlərinə əsasən protokola uyğun olaraq ikinci tibbi müayinədən keçdim. Nəticə mənfi çıxdı. Bu müddətdə evdə qaldım, dostlarımla, qohumlarımla söhbət etdim, kitab oxudum, televiziya seyr etdim, musiqi dinlədim və internet vasitəsilə dünyada nələrin baş verdiyini öyrəndim. Həkimlərimizə qayğı və məsləhətlərinə görə təşəkkür edirəm".

Qeyd edək ki, Evangelos Marinakis iki həftə əvvəl koronavirus xəstəliyinə yoluxduğu üçün karantinə alınıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date