Parisdə “Başakşəhər”in məşqçisinə dəstək nümayiş etdiriblər

Parisdə  “Başakşəhər”in məşqçisinə dəstək nümayiş etdiriblər
# 09 dekabr 2020 22:30 (UTC +04:00)

Fransanın PSJ klubunun azarkeşləri Türkiyə “Başakşəhər”inin məşqçisi Pyer Veboya dəstək nümayiş etdirib.

Apasport.az saytının məlumatına görə, fanatlar Çempionlar Liqasının VI turunun PSJ – “Başakşəhər” matçında “Park de Prens” stadionda pankart yerləşdirib.

Burada “Cənab Vebonu dəstəkləyirik. Oyunçularla fəxr edirik. İrqçiliyə qarşı” ifadələri əksini tapıb. Bununla da parislilər “Başakşəhər”in irqçiliyə məruz qalan məşqçisinə dəstək olduqlarını göstərib.

Qeyd edək ki, bir gün öncə keçirilməli olan matç 14-cü dəqiqədə dayandırılıb. 4-cü hakim rumıniyalı Sebstyan Kolteskunun Veboya irqçi davranışına etiraz edən türkiyəlilər meydandan çıxıb. Qarşılaşma bu gün davam etdirilir və PSJ ilk hissədən sonra 3:0 hesabı ilə öndədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR