Pep Qvardiola: “Hesab 18:0 olacaq”

Pep Qvardiola: “Hesab 18:0 olacaq”
  • Clock-gray 10:40
  • calendar-gray 10 Mart 2021

“18 qol vuracağıq. Hesab 18:0 olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis İngiltərə Premyer Liqasının XXXIII turunun “Sauthempton”la oyunu ərəfəsində jurnalistlərin nə qədər qol vura biləcəkləri barədə sualından qəzəblənib. O, rəqibin son iki mövsümdə iki dəfə 0:9 hesabı ilə uduzmasının qabardılmasını əsəbi tərzdə cavablandırılıb: “Bu nə sualdır?! “Sauthempton” 88 dəqiqə azlıqda oynadığı görüşdə 0:9 hesabı ilə uduzub. Elə bilirsiniz ki, zarafat edirəm? Biz 9, yoxsa 18 qol vuracağıq? Ciddi olun. Biz sadəcə qalib gəlməyə çalışacağıq. Bu da bizim üçün inanılmaz uğur olar. Biz sadəcə qalib gəlmək istəyirik, vəssalam”.

Qeyd edək ki, “Mançester Siti” – “Sauthempton” matçı bu gün keçiriləcək.

ApaSport

Digər xəbərlər