Polşa millisində koronavirusa yoluxanların sayı 4-ə çatıb

Polşa millisində koronavirusa yoluxanların sayı 4-ə çatıb
# 30 mart 2021 16:12 (UTC +04:00)

Polşa yığmasının daha iki futbolçusu koronavirusa yoluxub.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Polşa Futbol Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Yakub Kviatkovski verib.

O bildirib ki, daha əvvəl iki oyunçunun testi pozitiv çıxmışdısa, yeni testin nəticəsinə əsasən, daha iki futbolçuda yoluxma aşkarlanıb. Bu üzdən Mateuş Klix, Lukaş Skorupski, Qrzeqorz Krixovyak və Kamil Pyatkovski hazırda yığmadan kənardadır.

Qeyd edək ki, Polşa yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah İngiltərənin qonağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR