Premyer Liqada gözlənilən istefa reallaşıb

Premyer Liqada gözlənilən istefa reallaşıb
  • Clock-gray 00:17
  • calendar-gray 06 Dekabr 2019

İngiltərə Premyer Liqasında gözlənilən istefa gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Everton” klubunun rəhbərliyi bir müddətdir istefası gündəmdə olan Marku Silvanı vəzifəsindən kənarlaşdırıb.

Buna komandanın Premyer Liqadakı uğursuz çıxışı səbəb olub. XV turda “Liverpul”a 2:5 hesabı ilə uduzan “Everton” 14 xalla 18-ci pillədə qərarlaşıb.

M.Silvanın istefaya göndərilməsindən sonra komandaya müvəqqəti Dankan Ferqyuson başçılıq edəcək. O, “Everton”u “Çelsi” ilə dekabrın 7-dəki matça çıxaracaq.

Qeyd edək ki, M.Silva 2018-ci ilin yayından liverpulluların baş məşqçisi idi.

ApaSport

Digər xəbərlər

Arxiv

date