“Qalatasaray” Andoneni saxlamamağa qərar verib

“Qalatasaray” Andoneni saxlamamağa qərar verib
# 14 may 2020 10:16 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Florin Andonenin transfer hüququnu almaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi rumıniyalı futbolçu ilə bağlı icarə müqaviləsinin transfer bəndindən yararlanmamağa qərar verib.

Ötən yay İngiltərə “Brayton”undan 700 min avroya bir illik icarəyə götürülən Andone ilə bağlı anlaşmada “Qalatasaray”ın sonradan forvardı transfer etmək hüququ qeyd olunmuşdu. Lakin “sarı-qırmızılar” buna ehtiyac duymayıb. Bu səbəbdən rumıniyalının mövsüm başa çatdıqdan sonra Premyer Liqa klubuna qayıdacağı gözlənilir.

Qeyd edək ki, Andone istanbulluların heyətində keçirdiyi 8 oyunda 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR