“Qalatasaray”  Fernando Muslera ilə müqaviləni uzadıb

“Qalatasaray”  Fernando Muslera ilə müqaviləni uzadıb
# 16 mart 2021 15:54 (UTC +04:00)

“Qalatasaray” kapitanı Fernando Muslera ilə müqavilə müddətini uzadıb.

Apasport.az saytının məlumatına görə, uruqvaylı qolkiper “sarı-qırmızılılar”la yeni 3 illik sazişə qol çəkib.

Maaşının azaldılmasına razılıq verən ulduz futbolçunun imzalanma mərasimində klub prezidenti Mustafa Cengiz və vitse-prezident Abdurrahim Albayrak da iştirak edib.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR