“Qarabağ” AFFA Apelyasiya Arbitraj Tribunalına müraciət edib

“Qarabağ” AFFA Apelyasiya Arbitraj Tribunalına müraciət edib
# 25 fevral 2021 16:18 (UTC +04:00)

“Qarabağ” Uroş Matiçlə bağlı AFFA Apelyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, AFFA İntizam komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” – “Qarabağ” oyununda 8 nömrəli futbolçunun formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün klub 3000 manat məbləğində cərimələnib.

Azərbaycan çempionu müraciətində bildirib ki, klub həmin matçda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır.

“Qarabağ” qərarın ləğvi üçün AFFA Apelyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR