“Qarabağ” “Adidas”la əməkdaşlığa son qoyulmadığını açıqlayıb

“Qarabağ” “Adidas”la əməkdaşlığa son qoyulmadığını açıqlayıb
# 05 noyabr 2020 13:13 (UTC +04:00)

“Qarabağ” klubu “Adidas” firması ilə əməkdaşlığa son qoyulmasına dair yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi rəsmi saytı vasitəsilə məlumatı təkzib edib.

Bildirilib ki, Azərbaycan çempionunun geyim tərəfdaşı olan “Adidas”ın əməkdaşlığa son qoymaqla bağlı qərar qəbul etməsi həqiqəti əks etdirmir. Klubun direktoru Əmrah Çəlikəl də əməkdaşımızla söhbətində bunun şayiədən başqa bir şey olmadığını söyləyib.

Qeyd edək ki, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun feysbuk səhifəsi vasitəsilə paylaşımından sonra ermənilər “Adidas”a Azərbaycan çempionu ilə əməkdaşlığa son qoyması üçün təzyiqlər göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR