“Qarabağ” klubu yeni transferini təqdim edib

“Qarabağ” klubu yeni transferini təqdim edib
# 28 avqust 2020 15:47 (UTC +04:00)

“Qarabağ” klubu daha bir futbolçunun transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi yeni oyunçusu Patrik Andradeni feysbuk səhifəsi vasitəsilə təqdim edib.

Bolqarıstanın “Çerno More” klubundan transfer olunan yarımmüdafiəçinin müqavilə detalları barədə məlumat verilməyib. 27 yaşlı kabo-verdeli orta sahə oyunçusu karyerası ərzində həmçinin Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikan” və “Salqueyros” klublarında oynayıb.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Emil Balayev, Kevin Medina, Vild-Donald Gerye və Uroş Matiçi heyətinə cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR