“Qarabağ”ın Avropa Liqasındakı son ev oyununun stadionu dəqiqləşib

“Qarabağ”ın Avropa Liqasındakı son ev oyununun stadionu dəqiqləşib
# 23 noyabr 2020 15:43 (UTC +04:00)

Avropa Liqasının V turunda keçiriləcək “Qarabağ” – “Makkabi” (İsrail) matçının yeri müəyyənləşib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan çempionunun bu oyunu da Türkiyədə baş tutacaq.

UEFA dekabrın 3-dəki görüşün İstanbulda keçirilməsini qərara alıb. Qrupda “Vilyarreal”ı (İspaniya) “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən, həmçinin “Sivasspor”la (Türkiyə) eyni arenada oynayacaq Qurban Qurbanovun yetirmələri Təl-Əviv təmsilçisi ilə də bu arenada üz-üzə gələcək.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR