“Qarabağ”ın Çempionlar Liqasında rəqiblərinin bilinəcəyi vaxt açıqlanıb

“Qarabağ”ın Çempionlar Liqasında rəqiblərinin bilinəcəyi vaxt açıqlanıb
# 27 avqust 2020 12:57 (UTC +04:00)

Çempionlar Liqasında növbəti püşkatma mərasimlərinin vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, avqustun 31-də keçiriləcək III təsnifat mərhələsi və ertəsi gün baş tutacaq pley-offun püşkatmasının başlama saatı dəqiqləşib.

Azərbaycan çempionu “Qarabağ”ın növbəti rəqibinin bəlli olacağı ilk tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Avqustun 31-də UEFA-nın İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirində Çempionlar yolunun 5, Liqa yolunun 3 cütü müəyyənləşəcək.

Sentyabrın 1-də pley-offun püşkatması olacaq. Bu mərasim də eyni saatda başlayacaq. Bakı vaxtı ilə saat 14:00-dakı tədbirdə Çempionlar yolunun 4, Liqa yolunun 2 cütü bəlli olacaq. “Qarabağ”ın yer aldığı cütün mümkün rəqibi də müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionu ilk iki mərhələdə “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR