"Qəbələ" koronavirus testindən keçib, məşqə başlayıb

"Qəbələ" koronavirus testindən keçib, məşqə başlayıb
# 01 iyun 2020 22:54 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən üç aya yaxındır məşqlərdən uzaq olan "Qəbələ" bu gün bir araya gəlib.

Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında bərpadan sonra ilk məşqinə çıxıb.

Bundan öncə isə futbolçu və məşqçi heyəti Bakı Olimpiya Stadionunda koronavirus testindən keçib. Testin ardından bölgə təmsilçisi məşq edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. "Qəbələ" ilk oyununu həmin gün Bakıda "Qarabağ"a qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR