Qətərin baş məşqçisi: “Geridönüş etməyi bacardıq”

Qətərin baş məşqçisi: “Geridönüş etməyi bacardıq”
# 27 mart 2021 23:49 (UTC +04:00)

“Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi”.

Apasport.az saytının məlumatına görə, bunu Qətər millisinin baş məşqçisi Feliks Sançes deyib.

İspaniyalı mütəxəssis Azərbaycanla yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb. O, komandasının 2:1 hesablı əzmkar qələbəsindən razı qalıb: “Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. 3 gündən bir oyunlarda bu çox önəmlidir. Oyun 90 dəqiqədir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu oyunun bir parçasıdır. 25-ci dəqiqədən sonra istədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və ikinci hissədə də yaxşı oynayaraq istəyimizə nail olduq. Çox çətin oyunda geridönüş etməyi bacardıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR