Radamel Falkaonun “Qalatasaray”da çıxacağı son oyun bəlli olub

Radamel Falkaonun “Qalatasaray”da çıxacağı son oyun bəlli olub
# 05 fevral 2021 11:31 (UTC +04:00)

“Qalatasaray” hücumçusu Radamel Falkao ilə yollarını ayırmağa yaxındır.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Kolumbiya millisinin üzvü karyerasını ABŞ-da davam etdirməyə hazırlaşır.

İspaniyadakı müalicəsini başa vurduqdan sonra Türkiyəyə qayıdan və kollektivə qoşulan ulduz futbolçu MLS liqasında mübarizə aparan “Neşvill” klubu ilə ilkin razılığa gəlib. ABŞ-da “transfer pəncərəsi” fevralın 10-da açılacaq və Falkaonun keçidinin həmin gün açıqlanması gözlənilir. Bu səbəbdən 35 yaşlı forvard fevralın 6-da Türkiyə Super Liqasının XXIV turunda “Fənərbaxça” ilə keçiriləcək derbidə son dəfə meydanda olmaq arzusundadır.

Qeyd edək ki, Radamel Falkao “Qalatasaray”a 2019-cu ildə “Monako”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR