Raul baş məşqçi kimi “Şalke”yə qayıda bilər

Raul baş məşqçi kimi “Şalke”yə qayıda bilər
# 04 iyun 2020 17:30 (UTC +04:00)

“Real”ın ikinci komandası “Kastilya”nın baş məşqçisi Raul Qonzales sabiq klubu “Şalke”yə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, “kral klubu”nun əfsanəvi hücumçusunun Bundesliqa təmsilçisində baş məşqçi kimi fəaliyyət göstərmək ehtimalı yaranıb.

Hazırkı çalışdırıcı Devid Vaqnerin fəaliyyətindən narazı qalan Gelzenkirxen klubu bir neçə mütəxəssislə danışıq aparır ki, onlardan biri də Rauldur. Onunla yanaşı, Ralf Ranqnik, Ralf Hazenhyuttl və Rojer Şmitd də namizədlər sırasındadır. Mövsümün sonunda “Şalke” adıçəkilən məşqçilərdən birinə həvalə oluna bilər.

Qeyd edək ki, Raul Qonzales 2010-2012-ci illərdə “Şalke”nin formasını geyinib. 42 yaşlı mütəxəssis ötən ildən “Kastilya”nın sükanı arxasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR