“Real-Sosyedad” məşqlərin bərpasından imtina edib

“Real-Sosyedad” məşqlərin bərpasından imtina edib
# 13 aprel 2020 13:26 (UTC +04:00)

İspaniyanın “Real-Sosyedad” klubu koronavirus pandemiyası üzündən dayandırılan məşqləri bərpa etmək fikrindən daşınıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi bu qərarı komanda daxili məsləhətləşmələrdən sonra verib.

Futbolçuların karantin müddətində evdə fərdi məşqlərə davam etməsi daha məqsədəuyğun sayılıb. Hərçənd öncədən aprelin 14-də klubun bazasında toplaşmağı planlaşdırılırdı.

Qeyd edək ki, La Liqada mövsüm qeyri-müəyyən müddətə qədər dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR