"Real" Zidandan sonrakı baş məşqçisini müəyyənləşdirib

"Real" Zidandan sonrakı baş məşqçisini müəyyənləşdirib
# 08 yanvar 2021 11:08 (UTC +04:00)

İspaniyanın “Real” klubu gələcəkdə baş məşqçisi ola biləcək mütəxəssisi müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi hazırkı baş məşqçi Zinəddin Zidandan sonra bu posta klubun əfsanəsi Raulu gətirməyi planlaşdırır.

Klub rəhbərliyi hazırda ikinci komandaya rəhbərlik edən öz yetirməsinə güvənmək qərarına gəlib. Digər namizəd Maurisio Poçettino PSJ ilə müqavilə imzaladıqdan sonra Raul madridlilərin siyahısında yeganə məşqçidir.

Qeyd edək ki, Raul 2019-cu ildən “Real”ın ikinci komandasını çalışdırır. O, yetirmələri ilə UEFA Gənclər Liqasının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR