“Real” karantin qaydalarını pozan futbolçusunu satmayacaq

“Real” karantin qaydalarını pozan futbolçusunu satmayacaq
# 13 aprel 2020 10:09 (UTC +04:00)

İspaniyanın “Real” klubu futbolçusu Luka Yoviçi yay transfer dövründə satmayacaq.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi müqaviləsi 2025-ci ilədək olan futbolçunun potensialına güvəndiyi üçün komandada saxlamaq niyyətindədir.

Klub rəhbərliyi Lukanın karantini pozması ilə bağlı mövzunun çox şişirdildiyini düşünür. Bu da onun satılması üçün əsas vermir. Çünki futbolçu “Real”ın icazəsi olmadan heç bir hərəkət etməyib və onun iki həftəlik karantini pozaraq vətəninə dönməsi barədə Serbiya polisi də məlumatlandırılıb.

Qeyd edək ki, Yoviç cari mövsüm La Liqada 15 oyuna 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR