“Real”ın futbolçusu Azərbaycan millisinin yer aldığı qrupu dəyərləndirib

“Real”ın futbolçusu Azərbaycan millisinin yer aldığı qrupu dəyərləndirib
# 08 dekabr 2020 15:24 (UTC +04:00)

“Bu qrupda bir çox çətinliklərlə üzləşəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının hücumçusu Luka Yoviç deyib.

İspaniyanın “Real” klubunun formasını geyinən ulduz futbolçu DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Yoviç yer aldıqları A qrupunda yüksək yer tutacaqlarına inanır: “Dünya çempionatına vəsiqə qazanmaq üçün mübarizə aparmaq, əlbəttə ki, asan olmayacaq. Ancaq özümə və komanda yoldaşlarıma güvənirəm. Biz Serbiyayıq, ən yaxşı olmaq keyfiyyətinə sahibik. Xalqımız və ölkəmiz üçün necə oynamalı olduğumuzu göstərəcəyik. Ümid edirik ki, hər matça bu cür yanaşacaq və Norveçə qarşı Osloda keçirdiyimiz matçdakı oyunları təkrarlayacağıq”.

Qeyd edək ki, Serbiya millisi seçmə mərhələdə Azərbaycan, Portuqaliya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR