"Real"ın sabiq futbolçusu narkotika alverinə görə saxlanılıb

"Real"ın sabiq futbolçusu narkotika alverinə görə saxlanılıb
# 12 may 2020 22:29 (UTC +04:00)

"Real"ın sabiq futbolçusu Edvin Konqo İspaniya polisi tərəfindən saxlanılıb.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı keçmiş hücumçu narkotika alveri ilə məşğul olmaqda şübhəli bilinir.

Polis əməliyyat zamanı 10 nəfəri yaxalayıb ki, onlardan biri də Konqodur. Şübhəli şəxslər hazırda nəzarətdədirlər. Yerli polis saxlanılanların kokain alverində iştirakını araşdırır.

Qeyd edək ki, Edvin Konqo 1999-2002-ci illərdə "Real"ın futbolçusu olsa da, icarə əsasında başqa klublarda çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR