“Renn”in Çempionlar Liqasının qrupunda oynayacağı rəsmiləşib

“Renn”in Çempionlar Liqasının qrupunda oynayacağı rəsmiləşib
# 12 avqust 2020 12:39 (UTC +04:00)

Fransa klubu “Renn” 2020/21 mövsümündə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq.

Apasport.az saytının məlumatına görə, bu, Avropa Liqasında yarımfinalçıların müəyyənləşməsi ilə rəsmiləşib.

Qitənin ikinci dərəcəli klub turnirində yoluna davam edən “Mançester Yunayted”, “Sevilya”, “İnter” və “Şaxtyor”un (Donetsk) daxili birincilikdən Çempionlar Liqasında iştirak hüququ qazanması “Renn”in birbaşa qrup mərhələsindən yarışa qoşulmasına səbəb olub.

Qeyd edək ki, “Renn” koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılan Fransa Liqa1-də 3-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR