"Rizəspor"un baş məşqçisi Ünal Karaman istefa verib

"Rizəspor"un baş məşqçisi Ünal Karaman istefa verib
# 14 iyul 2020 13:58 (UTC +04:00)

Türkiyə Super Liqasında daha bir istefa reallaşıb.

Apasport.az saytının məlumatına görə, "Rizəspor"un baş məşqçisi Ünal Karaman vəzifəsindən istefa verib.

Son vaxtlar uğursuz çıxış edən komandanın XXXII turda "Kasımpaşa"ya məğlub olması çalışdırıcını buna vadar edib. Onun rəhbərliyi altında komanda bu mövsüm keçirdiyi 9 oyunun 2-də qələbə qazanıb, 2-də heç-heçə edib, 5-də uduzub.

Qeyd edək ki, sona 2 tur qalmış "Rizəspor" 32 xalla 16-cı pillədə qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR