Ronaldo İtaliyaya qayıtmaq üçün xüsusi icazə alıb

Ronaldo İtaliyaya qayıtmaq üçün xüsusi icazə alıb
# 12 mart 2020 01:46 (UTC +04:00)

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo komandanın düşərgəsinə qoşulmaqda problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, bacısının doğum gününü qeyd etmək üçün Portuqaliyaya yollanan superulduz bu gün İtaliyaya dönəcək.

Portuqaliya hökumətinin koronavirus xəstəliyinin sürətlə yayıldığı İtaliyaya uçuşları qadağan etməsi əfsanəvi oyunçunun işini çətinləşdirib. Lakin o, danışıqların yekununda şəxsi təyyarə ilə Turinə qayıtmaq üçün xüsusi icazə ala bilib.

Qeyd edək ki, İtaliyada bütün idman yarışları aprelin 3-dək təxirə salınıb. İtaliyada 12 mindən çox adam koronavirus epizdemiyasına yoluxub və onlardan 800-dən çox ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR