Ronaldo son 70 ilin rekordunu təkrarlayıb

Ronaldo son 70 ilin rekordunu təkrarlayıb
  • Clock-gray 01:22
  • calendar-gray 20 Dekabr 2020

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo 2020-ci ildə A seriyasında vurduğu qolların sayını 33-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı “Parma” ilə davam edən görüşdə (3:0) iki dəfə fərqlənməklə buna nail olub.

Bu, A seriyası tarixində 3-cü nəticəyə, son 70 ildə isə rekorda şərik olmaq üçün kifayət edib. Ronaldo 1961-ci ildə “Yuventus”da 33 top vuran Omar Sivorinin nəticəsini təkrarlayıb.

Yalnız iki futbolçu bir təqvim ilində daha çox fərqlənib. Feliçe Borello (“Yuventus”) 1933-cü ildə 41, Qunnar Nordal (“Milan”) 1950-ci ildə 36 qola sevinib.

ApaSport

Digər xəbərlər