"Sabah" AFFA-nın milliləşdirdiyi hücumçunu I diviziona göndərib

"Sabah" AFFA-nın milliləşdirdiyi hücumçunu I diviziona göndərib
# 06 mart 2021 14:01 (UTC +04:00)

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin klubu “Sabah”da işləri yolunda getmir.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvard artıq paytaxt klubunun əsas komandasına da düşməkdə çətinlik çəkir.

AFFA-nın böyük səylə milliləşdirdiyi və yığmanın aparıcı hücumçusuna çevirdiyi Şeydayev “Sabah”ın ikinci komandasına qədər düşüb. Forvard birinci divizionun XVI turu çərçivəsində bu gün “Qaradağ Lökbatan”la keçiriləcək görüşdə “Sabah-2”nin start heyətində meydana çıxacaq.

Qeyd edək ki, “Sabah-2” – “Qaradağ Lökbatan” oyunu saat 15:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR