"Sabah" "Keşlə"yə uduzub

"Sabah" "Keşlə"yə uduzub
# 02 oktyabr 2020 17:27 (UTC +04:00)

“Sabah” yenə uduzdu, “Keşlə” zirvədə - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında V tura start verilib.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində son tur Bakıda başlayıb.

İlk oyun günündə sıx təqvimin orta pillələrində qərarlaşan iki komanda üz-üzə gəlib. Ötən turda məğlub olan “Sabah”la “Keşlə”nin duelinə meydan sahibləri xüsusi forma ilə çıxıb. Bu geyimin ön hissəsində "Karabakh is Azerbaijan" (Qarabağ Azərbaycandır!) yazısı, arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı həkk olunub.

Qarşılaşmaya gəlincə, oyunun taleyi ikinci hissədə həll olunub. Silvio Rodriqesin və Vüsal İsgəndərlinin vurduğu qollar “Keşlə”yə qələbə qazandırıb. Yunis Hüseynovun yetirmələri bu qələbə ilə ən azı bir günlük liderliyə yüksəliblər. Visente Qomesin yetirmələri isə ardıcıl ikinci məğlubiyyətini alıb.

Qeyd edək ki, sabah “Qəbələ” – “Sumqayıt” və “Zirə” – “Neftçi” qarşılaşmaları baş tutacaq. Turun “Qarabağ” – “Səbail” görüşü isə qeyri-müəyyən vaxta təxirə salınıb.

Azərbaycan Premyer Liqası
V tur
2 oktyabr (cümə)
15:30. “Sabah” – “Keşlə” - 0:2
Qol:
Silvio Rodriqes, 54, Vüsal İsgəndərli, 90+1
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Rahil Ramazanov, Orxan Məmmədov
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 14. Slavik Alxasov, 28. Kevin Kubemba, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqez, 5. Nikola Vuyadinoviç, 29. Ceyhun Nuriyev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 15. Ruslan Abışov, 90. Ramil Şeydayev, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 60. Abbas Ağazadə, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomez

“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 22. Şaxruh Qadoyev, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
“Bank Respublika Arena”

1

Keşlə

5

2

2

1

5-3

8

2

Sumqayıt

4

2

1

1

6-4

7

3

Zirə

4

2

1

1

6-6

7

4

Neftçi

4

2

1

1

5-5

7

5

Sabah

5

2

0

3

6-6

6

6

Qarabağ

4

1

2

1

5-4

5

7

Səbail

4

1

0

3

5-7

3

8

Qəbələ

4

0

3

1

2-5

3

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 4 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR