“Səbail”in sabiq futbolçusu ölümlə təhdid olunub

“Səbail”in sabiq futbolçusu ölümlə təhdid olunub
# 04 mart 2021 09:30 (UTC +04:00)

“Səbail”in sabiq futbolçusu Maykl Essyen ölümlə təhdid olunub.

Apasport.az saytının məlumatına görə, buna səbəb qanalı ulduzun sosial şəbəkədəki paylaşımıdır.

Hazırda Danimarkada “Nordsyelland” klubunda məşqçi kimi fəaliyyət göstərən keçmiş yarımmüdafiəçi ölkəsində homoseksualların hüquqlarını dəstəklədiyini yazıb. Qana prezidentinin həmcinslilərin evliliyinə qadağa qoyduğu bir vaxtda Essyenin statusu ölkədə böyük narazılığa yol açıb.

Azarkeşlər həmin paylaşımın altında onu sərt şəkildə tənqid ediblər. Hətta bəziləri onu iki uşaq atası olduğunu xatırladaraq ölümlə təhdid edib. Bundan sonra Essyen paylaşımını silib.

Qeyd edək ki, Maykl Essyen 2019-2020-ci illərdə “Səbail”in formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR