"Sevilya" "Atletiko"nun uğurlu seriyasını qırıb

"Sevilya" "Atletiko"nun uğurlu seriyasını qırıb
# 05 aprel 2021 09:04 (UTC +04:00)

İspaniya La Liqasının XXIX turunda lider “Atletiko”nu qəbul edən “Sevilya” 1:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, əndəlüs təmsilçisi bununla rəqibin uğurlu seriyasını dayandırıb.

Madridlilər La Liqada 3 qələbə və 2 heç-heçədən sonra ilk məğlubiyyətini alıb. Dieqo Simeonenin yetirmələri buna qədər sonuncu dəfə fevralın 20-də “Levante”yə yenilmişdi (0:2). 66 xalda qalan “Atletiko” ikinci pillədəki “Real”ı 3 xal qabaqlayır.

Qeyd edək ki, növbəti turda “Atletiko” aprelin 11-də “Betis”lə, “Sevilya” isə “Selta” ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR