“Sivasspor” baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Sivasspor” baş məşqçi ilə bağlı qərarını açıqlayıb
# 13 avqust 2020 14:16 (UTC +04:00)

Türkiyə klubu “Sivasspor” baş məşqçi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi hazırkı çalışdırıcı Rıza Çalımbayı saxlamaq qərarına gəlib.

Rəhbərliyin yeni müqavilə ilə bağlı danışıqları artıq müsbət nəticələnib. 57 yaşlı mütəxəssis sabah rəsmi sazişə qol çəkəcək və komandada işini davam etdirəcək.

Qeyd edək ki, “Sivasspor” 2019/20 mövsümündə Super Liqada 4-cü yeri tutub və Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR