Sol Kempbell İngiltərə klubundan istefaya göndərilib

Sol Kempbell İngiltərə klubundan istefaya göndərilib
# 30 iyun 2020 23:02 (UTC +04:00)

"Arsenal"ın əfsanəvi futbolçusu Sol Kempbell İngiltərənin "Sautend Yunayted" klubunun baş məşqçisi postundan uzaqlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis uğursuz çıxış səbəbindən istefaya göndərilib.

Rəhbərliyin bu addımı azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Əksər fanatlar Kempbellin qaradərili olduğu üçün istefaya göndərildiyini iddia edib və klubu irqçilikdə günahlandırıb.

Qeyd edək ki, "Sautend Yunahyted" birinci liqada 22-ci yeri tutaraq aşağı diviziona yuvarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR