“Sumqayıt” futbolçusu ilə müqaviləni uzadıb

“Sumqayıt” futbolçusu ilə müqaviləni uzadıb
# 31 iyul 2020 14:27 (UTC +04:00)

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqaviləni artırıb.

Apasport.az saytının məlumatına görə, bu yay Avropa Liqasında debüt edəcək komanda Vüqar Mustafayevlə bir illik anlaşıb.

Yarımmüdafiəçi daha 1 il komandanın uğurları üçün çalışacaq. O, 2021-ci ilin yayına qədər “Gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, 2019/20 mövsümündən “Sumqayıt”da çıxış edən Vüqar 15 oyunda meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR