“Trabzonspor”un futbolçusu koronavirusa yoluxub

“Trabzonspor”un futbolçusu koronavirusa yoluxub
# 14 fevral 2021 22:36 (UTC +04:00)

Türkiyənin “Trabzonspor” klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə “bordo-mavililər” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, futbolçuların birində COVID-19 şübhəsi olub və testin nəticəsi pozitiv çıxıb. Virusa yoluxan adı açıqlanmayan oyunçu karantinə alınıb və müalicəsinə başlanılıb.

Qeyd edək ki, “Trabzonspor” Super Liqanın XXV turu çərçivəsində dünən “Qaziantep”i öz meydanında 1:0 hesabı ilə məğlub edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR