Türkiyə yığması Latviya ilə matçda xal itirib

Türkiyə yığması Latviya ilə matçda xal itirib
# 31 mart 2021 00:38 (UTC +04:00)

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Avropa zonasının G qrupunda yer alan “ay-ulduzlular” III turda Latviya ilə görüşüb.

İlk iki turda Niderlandı 4:2, Norveçi 3:0 hesabı ilə məğlub edən Şenol Günəşin yetirmələri yenə məhsuldarlıq nümayiş etdirib. Lakin 3 qol qardaş ölkə təmsilçisinə qələbə üçün yetərli olmayıb. 3:3 hesablı heç-heçə ilə xal hesabını 7-yə çatdıran türkiyəlilər vahid liderliyi ələ keçirib.

Bununla da xal hesabını 9-a çardıran Türkiyə qrupun vahid lideri olub. Qrupun digər oyunlarında qonaqlar qələbə qazanıb. Norveç Monteneqronu 1:0, Niderland Cəbəllütariqi 7:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, növbəti turun matçları sentyabrın 1-də keçiriləcək. Türkiyə Monteneqronu, Norveç Niderlandı, Latviya Cəbəllütariqi qəbul edəcək.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
G qrupu
III tur, 30 mart
Türkiyə - Latviya – 3:3

Karaman, 2, Çalhanoğlu, 33, Yılmaz, 52 (pen.) – Saveyniks, 35, Uldrikis, 58, D.İkaunieks, 79

1

Türkiyə

3

2

1

0

10-5

7

2

Niderland

3

2

0

1

10-4

6

3

Monteneqro

3

2

0

1

6-3

6

4

Norveç

3

2

0

1

4-3

6

5

Latviya

3

0

1

2

4-7

1

6

Cəbəllütariq

3

0

0

3

1-13

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR