Türkiyədə Superkubok oyununda qalmaqal baş verib

Türkiyədə Superkubok oyununda qalmaqal baş verib
# 28 yanvar 2021 00:05 (UTC +04:00)

Türkiyə Superkubokunda “Trabzonspor”la “Başakşəhər” arasında keçirilən oyunda qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, matçın son dəqiqələrində məşqçilər arasında insident baş verib.

“Trabzonspor”un 86-cı dəqiqədə vurduğu qələbə qolundan sonra hər iki komandanın texniki zonasında gərginlik olub. “Başakşəhər”in baş məşqçisi Okan Buruk hakimə etirazını alqışla bildirib. “Trabzonspor”un köməkçi məşqçisi Egemen Qorxmaz isə Burukın hərəkətinə söyüşlə cavab verib. Gərginliyin artdığını görən referi Qorxmazı və “Başakşəhər”in texniki zonasından bir məşqçini qırmızı vərəqə göstərərək tribunaya göndərib.

Qeyd edək ki, oyun “Trabzonspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR