Türkiyədə futbol klubunun avtobusu aşıb

Türkiyədə futbol klubunun avtobusu aşıb
# 16 fevral 2021 13:03 (UTC +04:00)

Türkiyədə güclü qar yağması bir çox qəzalara səbəb olub.

Apasport.az saytının məlumatına görə, 3-cü liqa təmsilçisi “Fatsa Bələdiyyəspor” da xoşagəlməz halla üzləşib.

Futbol komandasını “Çankaya” ilə səfər matçına aparan avtobus Ankara yaxınlığında qəzaya uğrayıb.

Avtobusun aşması nəticəsində sürücü ciddi xəsarət alıb, futbolçular və məşqçilər yüngül yaralarla qurtulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR