Türkiyənin futbol klublarının dəyəri açıqlanıb

Türkiyənin futbol klublarının dəyəri açıqlanıb
# 04 fevral 2021 17:18 (UTC +04:00)

Türkiyə Super Liqa klublarının dəyəri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qış transferlərində heyətlərdəki dəyişikliklərdən sonra elita təmsilçilərinin ümumi dəyəri 816 milyon avroya bərabərdir.

Transfer dönəminin fəal komandalarından olan “Qalatasaray” heyətinə görə ən bahalı klubdur. “Cim-bom”u əzəli rəqibi “Fənərbaxça” izləyir. İlk “üçlüy”ü “Trabzonspor” qapayır. Maraqlıdır ki, çempionluğa oynayan Türkiyənin digər nəhəng klubu “Beşiktaş” ən dəyərli 5-ci komandadır.

Super Liqa klublarının dəyəri:
“Qalatasaray” – 101,65 milyon
“Fənərbaxça” – 93,05 milyon
“Trabzonspor” – 80,93 milyon
“Başakşəhər” – 80,55 milyon
“Beşiktaş” – 76,58 milyon
“Kasımpaşa” – 36 milyon
“Alanyaspor” – 35,9 milyon
“Rizəspor” – 33,28 milyon
“Sivasspor” – 30,1 milyon
“Göztəpə” – 28,6 milyon
“Qaziantep” – 26,43 milyon
“Fatih Karagümrük” – 26,23 milyon
“Konyaspor” – 25,2 milyon
“Ankaragücü” – 20,5 milyon
“Yeni Malatyaspor” – 19,98 milyon
“Hatayspor” – 19,8 milyon
“Kayserispor” – 19,43 milyon
“Antalyaspor” – 19,35 milyon
“Dənizlispor” – 14,88 milyon
“Gənclərbirliyi” – 14,25 milyon
“Ərzurum BB” – 14,18 milyon

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR