UEFA “Qarabağ”ın oyununa təhlükəsizlik üzrə nümayəndə təyin edib

UEFA “Qarabağ”ın oyununa təhlükəsizlik üzrə nümayəndə təyin edib
# 29 sentyabr 2020 12:04 (UTC +04:00)

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” – “Qarabağ” oyununa UEFA tərəfindən xüsusi təhlükəsizlik üzrə nümayəndə təyin olunub.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, assosiasiyanın müraciətindən sonra qitə futbol qurumu analoji addım atmaq qərarına gəlib.

Qeyd edək ki, son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alan AFFA oktyabrın 1-də Polşanın paytaxtı Varşavadakı qarşılaşma ilə əlaqədar UEFA-ya müraciət ünvanlayıb. Avropa Liqasının qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktını xatırladan AFFA “Legiya” – “Qarabağ” görüşündə də ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən xüsusi diqqət və həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR