“Yuventus” “Luqano”nun futbolçusunu transfer edib

“Yuventus” “Luqano”nun futbolçusunu transfer edib
# 22 yanvar 2021 11:53 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu İsveçrənin U-21 milli komandasının futbolçusu Kristofer Lunqoyi ilə müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçu “Luqano”dan transfer olunub.

Anlaşmanın müddəti və transfer məbləği açıqlanmır. Konqo əsilli forvard il yarım “Luqano”da icarədə olacaq. “Yuventus” bu müddətdəki transfer pəncərələrində futbolçunu geri çağırmaq hüququna malik olacaq.

Qeyd edək ki, Lunqoyi cari mövsüm İsveçrə çempionatında 12 matç keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR