“Zirə” braziliyalı hücumçusu ilə yollarını ayırıb

“Zirə” braziliyalı hücumçusu ilə yollarını ayırıb
# 16 dekabr 2020 15:30 (UTC +04:00)

"Zirə"də ilk ayrılıq rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Kayo Rangellə ilə yollarını ayırıb.

Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 24 yaşlı forvard "Zirə" ilə bu ilin avqustunda 1+1 illik müqavilə imzalamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR