AVRO-2020: Pley-offun püşkatmasının vaxtı dəqiqləşib

AVRO-2020: Pley-offun püşkatmasının vaxtı dəqiqləşib
# 20 noyabr 2019 17:42 (UTC +04:00)

AVRO-2020-nin pley-off mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, final mərhələsinə son vəsiqələrə iddia edən 16 komandanın iştirakı ilə keçiriləcək püşkatma noyabrın 22-də baş tutacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatmada öncə Bolqarıstan, Macarıstan, İsrail və Rumıniyanın rəqibləri bəlli olacaq.

Bu 4 komandadan biri C yolunda Şotlandiya ilə üz-üzə gələcək. Digər üç komanda A yolunda mübarizə aparacaq. Onlardan ikisi öz aralarında, biri isə İslandiya ilə görüşəcək.

Püşkatmada dörd yolu üzrə final matçlarının meydan sahibləri də bəlli olacaq. Hansı cütün qalibinin evdə qüvvəsini sınayacağına püşk aydınlıq gətirəcək.

Qeyd edək ki, pley-offun yollar üzrə yarımfinal görüşləri 2020-ci il martın 26-da, həlledici qarşılaşmaları 31-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR