Azərbaycan çempionunun Avropa Liqasındakı mümkün rəqibi bəlli olacaq

Azərbaycan çempionunun Avropa Liqasındakı mümkün rəqibi bəlli olacaq
# 22 iyul 2019 00:22 (UTC +04:00)

Bu gün Avropa Liqasının Çempionlar yolunda III təsnifat mərhələsinin püşkü atılacaq.

APA-nın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Mövsümə Çempionlar Liqasında başlayanlar üçün Avropa Liqasındakı potensial rəqiblər Bakı vaxtı ilə saat 14:25-də başlayan tədbirdə bəlli olacaq.

Püşkatmada Çempionlar Liqasının II təsnifat mərhələsinin 10 cütü, Avropa Liqasının Çempionlar yolunun II təsnifat mərhələsinin 9 cütü, həmçinin “Sarayevo” qatılacaq. Sonuncular Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırsalar da, püşkə əsasən birbaşa 3-cü raundda oynayacaq.

“Qarabağ” – “Dandolk” cütü də daxil olmaqla, Çempionlar Liqasında mübarizəni davam etdirən duellərdə məğlub olanlar üçün rəqiblər bəlli olacaq. Onlar qitənin ən nüfuzlu turnirində daha öncə uduzan, amma Avropa Liqasında III təsnifat mərhələsinə adlayanlarla görüşəcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də, III təsnifat mərhələsinin matçları isə avqustun 8-də və 15-də baş tutacaq.

Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
I qrup

TNS (Uels) - “Kopenhagen” (Danimarka) cütünün məğlubu
"Saburtalo" (Gürcüstan) - ”Dinamo” (Xorvatiya) cütünün məğlubu
ÇFR (Kluj, Rumıniya) - “Makkabi” (Təl-Əviv, İsrail) cütünün məğlubu
"Sutyeska" (Monteneqro) - APOEL (Kipr) cütünün məğlubu
"Srvena Zvezda" (Serbiya) - HİK (Finlandiya) cütünün məğlubu
"Tre Penne" (San-Marino) - "Suduva" (Litva) cütünün qalibi
"Pyast" (Polşa) - "Riqa" (Latviya) cütünün qalibi
"Ararat" (Ermənistan) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi
"Valyur" (İslandiya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi
"HB Torshavn" (Farer adaları) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

II qrup
"Seltik" (Şotlandiya) - "Nomme Kalyu" (Estoniya) cütünün məğlubu
BATE (Belarus) - "Rusenborq" (Norveç) cütünün məğlubu
"Dandolk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) cütünün məğlubu
"Maribor" (Sloveniya) - AIK (İsveç) cütünün məğlubu
"Ferensvaroş" (Macarstan) - "Valletta" (Malta) cütünün məğlubu
“Sarayevo” (Bosniya və Herseqovina)
"Partizani" (Albaniya) - "Şerif" (Moldova) cütünün qalibi
"Slovan" (Slovakiya) – “Ferronikeli” (Kosovo) cütünün qalibi
“Santa Koloma” (Andorra) - "Astana" (Qazaxıstan) cütünün qalibi
"Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR