Azərbaycan çempionunun milliləşən legioneri İndoneziya klubuna keçib

Azərbaycan çempionunun milliləşən legioneri İndoneziya klubuna keçib
# 20 noyabr 2019 11:48 (UTC +04:00)

Futzal üzrə Yüksək Liqa təmsilçisi "Araz"ın heyətində dəyişiklik baş verib.

Apasport.az saytının məlumatına görə, Naxçıvan klubu yayda transfer etdiyi iranlı Vahid Şafeyi ilə yollarını ayırıb.

Millimizə də cəlb olunan 27 yaşlı futzalçı İndoneziyadan gələn təklifi müsbət dəyərləndirib, "Araz" rəhbərliyi də ona mane olmayıb. Yığmanın "5 nömrə"si ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Son illərin dəyişməz çempionu Vahidin yerinə namizəd də tapıb. Onun həmyerlisi, millinin daha bir yeni üzvü İsaq Surqalı ilə razılıq əldə olunub. İranlı yanvardan "Araz"ın məşqlərinə qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR